Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.

Davamı →

Qadın halları

Zaman su kimi axıb gedir. Buna görə bəzi anlar dünən baş vermiş kimi canlanır zehnimizdə. Bəzən illərin necə keçdiyinin fərqində olmur, qırx yaşa çatıb otuz kimi hiss edir, otuzu haqlayıb iyirmi havasında oluruq.
Şəkillərə baxanda eyni olduğumuzu düşünür, yaşadıqlarımızı xatırlayanda nə boyda yol qət etdiyimizi, nə qədər dəyişdiyimizi fərq edirik. Yaxşı, bəs insanın dəyişməyi mümkündürmü? Məsələn, tamamilə, büsbütün… Araşdırmalar bunun mümkün olduğunu göstərir. Amma bu, həmin şəxsin özü ilə arasında həll edəcəyi məsələdir. Əgər yanlış və zərərli xüsusiyyətinin fərqinə varar, bundan sonrakı həyatını fərqli formada davam etməyə qərar verərsə, dəyişimin reallaşması mümkün ola bilər.

Davamı →

Namus gözətçisi "ər"

Sabahınız xeyir demək istərdim sizə. Fəqət, gün gerçəkdən aydınmı, onu bilmirəm. Hər gün səhər yeməyindən sonra təzə dəmli çaydan bir stəkan süzüb, kül qabını eyvandakı divanın başlığına qoyub bir siqaret yandıraraq xəbər saytlarında gəzişmənin keyfindən özümü məhrum etmirəm. Bu aralar, hətta son altı aydır, bundan zövq ala bilmirəm. Məsələ çayın pürrəngi olub-olmaması ya da siqaretin yaratdığı öskürmə ilə ciyər narahatlığı deyil. Məsələ çox dərindi. Saytlardakı xəbərlərə baxdınızmı heç? Bir qadın olaraq bu ölkədə yaşamaqdan qorxuram. Hər gün öldürürlər, ay adamlar, hər gün mütləq qadın ölümü yaşanır bu məmləkətdə.

Davamı →